Həzmi asanlaşdırmaq və qida dəyərlərindən maksimum yararlanmaq üçün bəzi
toxumlar üyüdülərək istehlak edilməlidir.
Qlobal.net bildirir ki, toxumlar sağlam pəhrizin vacib hissəsidir; Ancaq bəziləri
üyüdülərək istehlak edilməlidir ki, orqanizm onların tərkibindəki qidalardan
daha yaxşı istifadə edə bilsin. Sərt qabıqlı və ya çətin həzm olunan toxumları
bütöv yemək onların tərkibində olan lif, zülal və sağlam yağlardan tam
faydalanmağınıza mane ola bilər.
Bəs bu toxumlar hansılardır?
1)Kətan Toxumu: Kətan toxumu sərt xarici qabığa malikdir. Öyüdülmədən istehlak edildikdə,
həzm sistemindən demək olar ki, toxunulmaz şəkildə keçə bilər və onun qida dəyərlərindən
faydalana bilməzsiniz. Əzilən zaman omeqa-3, lif və lignan kimi faydalı
komponentlər daha yaxşı mənimsənilir.
2)Çia Toxumu: Çia toxumları su ilə təmasda olduqda gel konsistensiyasına çevrilir. Ancaq
daha yaxşı həzm olunması və tərkibindəki omeqa-3 yağ turşuları və zülallardan
maksimum fayda əldə etmək üçün onu üyütmək tövsiyə olunur.
3)Balqabaq Tumu: Balqabaq tumunu bütöv yemək mümkündür, lakin qida maddələrinin udulmasını
artırmaq üçün üyütmək daha faydalıdır. Mineralların, xüsusilə sink və
maqneziumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir.
4)Günəbaxan Tumu: Günəbaxan tumları qabıqsız istehlak edilə bilər, lakin üyüdülərək əlavə
olunduqda, tərkibindəki E vitamini və sağlam yağlardan həzm sisteminin daha
yaxşı istifadə etməsinə şərait yaradır.
5)Küncüt Toxumu: Küncüt sərt bir xarici qabığa malikdir və tam çeynəməzsə, tərkibindəki
qida maddələrindən kifayət qədər istifadə edilə bilməz. Əzilən zaman bədən
kalsiumu, dəmiri və sağlam yağları daha yaxşı mənimsəyir.
Bu toxumların üyüdülməsi və istehlakı həm həzmi asanlaşdırır, həm də
orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə şərait yaradır.
Səbinə
Qlobal.net