Ümumdünya Səhiyyə Təşkilatı Türkiyədəki zəlzələ ilə bağlı qorxunc açıqlama verib.
Sfera.az bildirir ki, qurum dağıntılarda daha çox ölümün ola biləcəyini vurğulayıb. ÜST zəlzələ nəticəsində həyatını itirənlərin sayının 8 dəfə arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Zəlzələ ilə bağlı ÜST-nin Avropa üzrə yüksək vəzifəli nümayəndəsi Ketrin Smolvud fikirlərini bu cür ifadə edib:
“Təəssüf ki, zəlzələlərdə həmişə eyni şeyi görürük. Ölən və ya yaralananların sayı yaxın həftələrdə əhəmiyyətli dərəcədə arta bilər”.
Smolvud əlavə edib ki, pis hava şəraiti bölgədə təhlükələri artıracaq.