651559c7e797c202309234735

Rusiya rəsmisi AÇIQLADI: "Sülhməramlılarımızın Qarabağda qalması vacib deyil..."

Rusiya Dövlət Dumasının Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə MDB işləri komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bu gün qondarma rejimin prezidentinin "Qarabağ Respublikası"nın ləğvi ilə bağlı imzaladığı qərara münasibət bildirib.

Sfera.az xəbər verir ki, deputat Lenta.ru-ya müsahibəsində deyib ki, qondarma "respublika"nın ləğvi hərbi əməliyyatların dayandırılması baxımından müsbət haldır. 

“Nəzərə alsaq ki, Ermənistan və onun lideri Nikol Paşinyan bütün görünən platformalarda Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, indi respublikanın uzun müddət mövcud olan ləğvi prosesi gedir və təbiidir ki, erməni sakinləri ərazini tərk edirlər. Onlar çox güman ki, Ermənistanda, eləcə də Rusiyada yaşayacaqlar. Azərbaycan tərəfi bu ərazidə normal yaşayış üçün şərait yaradacaq, çünki bura onların ərazisidir”,- deputat bildirib. 

"Təbii ki, Qarabağda sülhməramlı qoşunlarımız mövcudluğu vacib deyil, lakin buna üç dövlətin: Rusiya, Azərbaycan və Ermənistanın liderləri qərar verəcək, çünki hər üçü belə bir qərar qəbul edib", -  Vodolatski deyib.

Yaranmış vəziyyətə Rusiyanın münasibətindən danışan deputat vurğulayıb ki, Moskvanın prioriteti regionda hərbi əməliyyatların dayandırılmasıdır. 

“Rusiya üçün əsas odur ki, silahlı toqquşmalar, münaqişələr olmasın, dinc sakinlər həlak olmasın, bizim üçün əsas odur ki, orada alovlanan və Qarabağın hüdudlarından kənara çıxa biləcək qaynar nöqtə yoxdur. Transqafqazda sabitlik, qarşıdurma və ən əsası hərbi əməliyyatların olmaması Rusiya üçün vacibdir”, - deputat fikrini yekunlaşdırıb.


28.09.2023 14:46
show 489