646ba444477f1202305232004

Uşaqpulu ilə bağlı Azərbaycan ƏHALİSİNƏ ŞAD XƏBƏR - Az qaldı...

Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də, heç şübhəsiz ki, uşaqpulunun verilməsi ilə bağlıdır. Hər nə qədər ictimaiyyətdə, Milli Məclis səviyyəsində bu məsələ dəfələrlə müzakirə olunsa da, hələlik nəticə arzuedilən deyil. Bu günlərdə isə bu məsələ yenidən gündəmə gəlib.

Uşaqpulunun verilməsilə bağlı Referans.az-a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, uşaqpulunun verilməsi Milli Məclisdə dəfələrlə qaldırılıb və yenidən bu məsələyə baxılacaq:

“Uşaqpulu məsələsi olduqca ciddi mövzudur, buna biganə yanaşılmamalıdır. Bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb və yenidən qaldırılacaq. Bu sahəyə ciddi yanaşmaq lazımdır. Uşaqpulunun verilməsiylə bağlı problemi biz heç vaxt müzakirədən çıxarmamışıq, çıxarmayacağıq da. Çünki mən nə zaman vətəndaşlarla görüş keçirsəm, hamısı uşaqpulunu tələb edir. Biz də hesab edirik ki, uşaqpulu verilməlidir. Belə düşünülür ki, ünvanlı dövlət sosial yardımı verilirsə, uşaq pulunu verməyə ehtiyac yoxdur, lakin bu düşüncə düzgün deyil. Düzdür, ünvanlı sosial yardım verilir, lakin bu  bütün ehtiyacı olan ailələrə verilmir. Buna görə də uşaq pulunun verilməsi vacibdir”.

Deputat uşaq pulunun verilməsilə bağlı yaş həddinin də hesablanmasına dair müzakirələrin getdiyini deyib:

“Uşaq pulu məsələsi daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən asılıdır. Uşağın hansı yaşına qədər, bir uşaqa nə qədər verilməlidir bunlar hamısı hesablanmalıdır və həmin nazirlik də bununla bağlı addım atmalıdır. Uşaqpulunun verilməsi elə bir mövzudur ki, heç vaxt gündəmdən çıxa bilməz. Daha çox bu məsələ dövlət büdcəsi müzakirə olunanda açılmışdı və növbəti plenar iclaslarda yenidən mövzunu qaldıracağıq. Mən özüm,Tahir Kərimli, Fazil Mustafa və digər həmkarlarımız uşaqpulu məsələsinə baxılmağını tələb etmişik və edəcəyik. 

Vahid Əhmədovun sözlərinə görə, vətəndaşların qəbulu zamanı uşaqpulunun verilməməsiylə bağlı çoxsaylı şikayətlər ünvanlanır. Bu da məsələnin aktuallaşmasını və uşaqpulunun verilməsinin vacibliyini bir daha sübut edir - deyə bildirib

22.05.2023 21:19
show 1720