Tanınmış aktyor Nikolay Plujnik 77 yaşında, uzun sürən xəstəlikdən sonra Rusiyanın Naberejnıye Çelnı şəhərində dünyasını dəyişib.
Qlobal.net bildirir ki,o, "Masterovıye" teatrının səhnəsinin veteranı və teatrın ilk yaradıcılarından biri kimi tanınırdı.
"Bundan əlavə, şəhər sakinləri onu şəhərin baş Şaxta Baba obrazı və yerli televiziya kanallarından birində hava proqnozu aparıcısı kimi sevirdilər.
"Masterovıye" teatrının səhnə yoldaşları onu "xalqdan çıxmış əsl sənətkar, parlaq və oynaq xarakterli bir insan" kimi xatırlayırlar".
Bu sözlər teatrın "VKontakte" qrupunda paylaşılıb.
Aktyor, növbəti ad gününə bir qədər çatmamış dünyasını dəyişdi: 18 dekabrda Nikolay Nikolayeviç Plujnikin 78 yaşı tamam olacaqdı.
Fidan
Qlobal.net