
Toronto, 1922-ci il. Xəstəxananın bir palatasında ölümə tərk edilmiş bir neçə uşaq son günlərini yaşayırdı. Hamısı diabetik ketoasidozdan əziyyət çəkirdi — şəkərli diabetin ölümcül və dönməz mərhələsi. Üzlərində həyat yox idi. Yanlarında göz yaşlarını saxlaya bilməyən valideynləri, gözlərində ümidsizlik, qəlblərində isə sonsuz ağrı vardı. Həkimlər susmuşdu — çünki artıq deyəcək heç nə qalmamışdı.
Elə həmin anda otağa bir neçə alim daxil oldu. Onlar Toronto Universitetindən idilər. Əllərində isə o dövr üçün tamamilə yeni, heç kimə məlum olmayan bir maddə vardı — insulin. Heç bir zəmanət yox idi. Lakin başqa çıxış da yox idi. Alimlər bir-bir uşaqlara bu yeni maddəni vurmağa başladılar. Sonuncu uşağa iynə vurulan anda, otağın bir küncündəki komadakı uşaq gözlərini açdı. Ardınca digərləri… valideynlər gözlərinə inana bilmirdi. Övladları, az əvvəl ölümə təslim etdikləri körpələri, bir-bir həyata qayıdırdı. Həmin gün o palatada möcüzə baş verdi.
Doktor Frederik Bantinq və onun komandası, tibbin tarixində bir dönüş nöqtəsi yaratdı. Ölüm hökmü verilmiş uşaqları həyata qaytardılar. Bu gün biz insulinlə diabeti idarə etməyi adi bir şey kimi görürük. Amma cəmi bir əsr əvvəl bu, əsl möcüzəsi kimi qəbul edilirdi.