64f1c05a042fb202309234338
Uşaqları bir gündə keçəlləşən ailə kamera görüntülərinə baxanda dəhşətə gəldi – Qonşusu.. - (VİDEO/FOTO)

ABŞ-ın Florida ştatında gənc ailənin başına dəhşətli hadisə gəlib.

Çinli kimyaçı qonşuları ailənin qapısının altından evə zəhərli maddə yeridib. Maddənin təsirindən uşağın saçı qısa zamanda tamamilə tökülüb.
Səbəb uşağın çox ağlaması imiş....
Daha əvvəllər də iki qonşu arasında uşağın həddən artıq səsli-küylü olması və tez-tez ağlamasının üstündə mübahisə düşürmüş. Bu problemi aradan qaldırmaq məqsədilə kimyaçı qonşu belə təhlükəli əmələ əl atır.

Ailə əvvəlcə elə bilir ki, bu kəskin qoxu isitmə sistemindən gəlir. Daha sonra artan şübhələri dəqiqləşdirmək üçün qapının önündəki dibçəyə gizli kamera yerləşdirirlər.

Dəhşətli əməlindən sonra qonşu polis tərəfindən həbs olunub. (milli.az)







01.09.2023 14:41
show 601