Uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı, yeni görüntülər yayıldı - VİDEO
Xəbər
verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində
azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub
ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə
Hacızadədir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının
birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin
açılışı 2018-ci ilin yanvar ayında baş tutub.
Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə
mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb.
O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.
Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.
Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks
etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.