Uşaqlara bu adları qoymaq olmaz - Günahdır, yoxsa...
Valideynlərin övladlarına qarşı vəzifələrindən biri də onlara gözəl ad verməkdir.
Qlobal.net bildirir ki, həqiqətən Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində insanların Qiyamət günü adları ilə çağırılacağını bildirərək belə buyurmuşdur:
“(Uşaqlarınıza) gözəl adlar qoyun.” (Əbu Davud, Ədəb, 68 [4948]). Lakin Allaha məxsus olan adlar eyni formada uşaqlara verilməməlidir. Əgər bu adlar uşaqlara veriləcəkdirsə, əvvəlinə “qul” mənasını ifadə edən “abd” sözü əlavə edilməlidir. Məsələn, “Abdullah” (Allahın qulu), “Abdurrahman” (Rəhmanın qulu), “Abdurrezzak” (Rezzakın qulu), “Abdülhalıq” (Xaliqin qulu) kimi adlar şəklində istifadə edilməlidir.
Allah Təalanın “Əsmaül-hüsna”sından olan “Kərim, Lətif, Rauf, Mömin…” kimi adlar isə Allahdan başqa bəndələrin də sahib olduğu ümumi xüsusiyyətlərdir. Buna görə, Allaha məxsus olmayan bu adlar uşaqlara ad kimi verilə bilər (İbn Abidin, Rəddül-Muxtar, 6/417).
Fidan
Qlobal.net