photo_22085515
Uşaq evində böyüyən şəhidimiz Heydər Əliyevə himn oxuyarkən - VİDEO

Erməni təxribatı nəticəsində şəhid olan gizir Səbuhi Əhmədovun uşaq evində illər öncə ümummilli lider Heydər Əliyevlə çəkilmiş görüntüləri üzə çıxıb.

Qlobal.net xəbər verir ki, videoda valideyn himayəsindən məhrum olmuş Səbuhin Azərbaycan himnini oxuyur, daha sonra H.Əliyev onu öpərək qucaqlayır.

Qeyd edək ki, S.Əhmədov SOS uşaq evində böyüyüb. Hərbi xidməti başa vurduqdan sonra gizir kimi Azərbaycan Ordusu sıralarında xidmətə başlayıb.


14.09.2022 10:06
show 205