Uşağınıza əsla yedirməməli olduğunuz 17 qida: ən zərərli məhsullar

Uşaq yeməkləri, uşaq kanallarında reklam olunan zərərli qidalar uşaqlar üçün cazibədar olur. Lakin elə məhsullar var ki, onları uşaqlara vermək qətiyyən olmaz. Bu qidaların çoxu uşağın gələcəkdə sağlamlıq problemləri yaşamasına və piylənmə riskinin artmasına səbəb ola bilər.
Qlobal.net bildirir ki, Amerika Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli ola biləcək qidaları açıqlayıb və valideynləri bu məhsulların istifadəsi barədə xəbərdar edib. Budur uşaqlar üçün məsləhət görülməyən 17 qida…
1. ŞOKOLAD
Şokolad uşaqlar üçün verilməməli qidaların başında gəlir.
Tərkibindəki yüksək kakao, şəkər və qatqılar şəkər xəstəliyi riskini artırır.
Orta hesabla uşağa 24 aylıqdan sonra az miqdarda vermək olar.
2. ÇİPS
Uşaqların ən çox sevdiyi, lakin ən zərərli qidalardan biridir.
Çips, obezitə, diabet, Alzaymer və hətta xərçəng riskini artırır.
3. QIZARTMALAR
Xüsusilə kartof qızartmasında yüksək temperatur səbəbilə “akrilamid” adlı zərərli maddə yaranır.
Uzun müddət istehlakı sağlamlığa ciddi ziyan verə bilər.
Kızartmalar damar tıxanıqlığına, qan şəkərinin pozulmasına, piylənmə və xərçəng riskinə səbəb olur.
4. Hazır Çorbalar
Paket çorbalarda çoxlu qatqı maddəsi olur və xərçəng riski yarada bilər.
Əvəzində evdə hazırlanan çorbalar uşaqlar üçün daha faydalıdır.
5. Qazlı İçkilər
Qazlı içkilər mədə–bağırsaq problemlərinə və piylənməyə yol açır.
Kola, limonad kimi içkilərdən uzaq tutmaq lazımdır.
6. Boyalı Şirniyyatlar
Tərkibindəki kimyəvi maddələr diş çürüməsi, piylənmə, diabet, xərçəng, astma və daha çox xəstəliyə səbəb ola bilər.
Jelibon kimi şirniyyatlar xüsusilə təhlükəlidir.
7. Hazır Meyvə Şirələri
Çox şəkərli və qatqılı olduğundan uşaqlar üçün zərərlidir.
Təzə sıxılmış meyvə şirəsi daha sağlam seçimdir.
8. Sosis, Salam kimi Emal Edilmiş Ətlər
10 yaşdan kiçik uşaqlarda boğulma riskini artırır.
Nitrit tərkibli olduqları üçün xərçəng riski də yaradır.
9. Hamburger
Trans yağ ehtiva etdiyi üçün uşaqlarda piylənmə və ürək xəstəlikləri riskini artırır.
10. Dəniz Məhsulları (qabıqlı)
Midye, istiridyə kimi məhsullar yaxşı təmizlənmədikdə bağırsaq xəstəliklərinə yol açır.
Mümkünsə daha təmiz və təhlükəsiz dəniz məhsulları seçilməlidir.
11. Çiy Yumurta
Çiy yumurtada salmonella mikrobu ola bilər və ciddi xəstəliklərə səbəb olur.
12. Nugget və Dondurulmuş Qidalar
Dondurulma zamanı zərərli bakteriyalar arta bilər.
Pizza, nugget, dönər kimi dondurulmuş qidalar uşaqlar üçün uyğun deyil.
13. Makaron
Uşaqlar sevsə də tez-tez verilməsi mədə problemlərinə yol aça bilər.
Hər şey ölçülü olmalıdır.
14. Un Məhsulları (poğaça, bulka, şirniyyatlı xəmirlər)
Piylənmə, diabet və ürək-damar xəstəliklərinə zəmin yaradır.
15. Tort və Şirniyyatlar
Şəkər, yağ və undan ibarət olduğu üçün mədə pozuntuları və piylənməyə səbəb ola bilər.
16. Qəhvə
Masum görünmür – diş sararması, yuxu problemi və ürək ritmində pozuntu yarada bilər.
17. Dondurma
Ev şəraitində hazırlanmayıbsa paket dondurmalardan uzaq durmaq daha yaxşıdır.
Qida boyası və tez xarab olma riski səbəbindən bağırsaqlara ziyan verə bilər.
Fidan Məmmədli
Qlobal.net



