Uşağın cinsinin hesablanma qaydası

Uşağın cinsinin hesablanma qaydası

Uşaq dünyaya gətirmək ailə həyatının ən vacib və sevindirici hadisələrindən biridir. Hər bir valideyn övladının sağlam və xoşbəxt olmasını arzulayır. Bəzi ailələr üçün uşağın cinsi də önəmli məqamlar sırasında yer alır.

Qlobal.net bildirir ki, tarix boyu müxtəlif mədəniyyətlərdə uşağın cinsini əvvəlcədən təxmin etmək və ya planlaşdırmaq üçün fərqli üsullar işlənib hazırlanmışdır. Bunlardan biri də Yapon üsuludur. Yaponlar qədim dövrlərdən bəri riyazi hesablamalara və təqvim metodlarına əsaslanaraq uşağın cinsini müəyyən etməyə çalışıblar. Bu metod elmi baxımdan tam sübut olunmasa da, bəzi valideynlər arasında maraq doğurur.


Yapon üsulu, ana və ata namizədinin doğum aylarına əsaslanaraq uşağın cinsini təxmin etməyə kömək edən bir cədvələ əsaslanır. Bu üsul, Çin təqvimi ilə oxşarlıq təşkil etsə də, fərqli hesablamalara əsaslanır.

Uşağın cinsini planlaşdırmaq üçün yapon metodu:



Cədvəlin istifadə qaydası:

Məsələn: kişi iyun ayında, qadın isə fevralda anadan olmuşdur. Bu halda 1-ci cədvəl üzrə qadının doğulduğu və kişinin doğulduğu ayların kəsişdiyi yerdə rəqəmləri tapırıq ki, bu da 2-ci cədvəlin sətrindəki nömrəyə uyğun gəlir. Sonra 2-ci cədvəldə 6-cı sətri tapırıq və döllənmə ayının şaquli istiqaməti ilə əyrinin vəziyyətinə baxırıq. Əgər əyri qrafikin yuxarı hissəsindədirsə, oğlan, aşağı hissəsindədirsə, qız doğulacaqdır. Nəticədə biz öyrəndik ki, YANVARDA döllənmə nəticəsində oğlan, FEVRALDA isə qız, APRELDƏ oğlan və i.a. doğulacaq.

Fatimə
Qlobal.net

19.02.2025 01:55
show 53