Türkiyədə iki aylıq hamilə qadın qətlə yetirilib.
Milli.Az haberler-ə istinadla bildirir ki, Isparta şəhərində iki aylıq hamilə qadını əri xəyanətdə günahlandıraraq öldürüb. Kişi uşağın ondan olmadığını iddia edib.
O, daha sonra qayınanasına xəsarət yetirib.
Cinayətə görə saxlanılan Ayhan Yılmaz məhkəmədə həqiqəti öyrənəndə həyatının şokunu yaşayıb. Belə ki, DNT testi nəticəsində uşağın ona aid olduğu üzə çıxıb.