"Diqqət cəlb etmək üçün nə sinəmə nə də ki arxama silikon qoyub yekəltməmişəm. Özüm simamla diqqət cəlb edirəm. Dənizə gedəndə insanlar hansı geyimdə gedirlər? Dənizə xalça ilə getmirlər. "Dənizdə olar amma küçədə olmaz" kimi düşünən insanların özünü inkişaf etdirmələrini tövsiyyə edirəm. Xaricə köçməyə can atırlar. Çox kişilər buradakıları lağa qoyular amma xaricə köçən kimi şort geyinirlər".
Qlobal.net xəbər verir ki, bu sözləri "Miss Azerbaijan - 2019" model Səmra Hüseynova news24 saytına müsahibəsində deyib.
Model bildirib ki, evdar xanımı olmaq istəmir:
"Evdar xanım olmaq istəmərəm. Amma milyarder evdar xanımı olmaq istəyərəm. Yatım, durum, içi pulla dolu kart versin alış-verişə gedim, aparsın məni Maldiv adalarına, klublara, diskotekalara, 50 qram vodkadan vurum, oradan gedim əylənim... Belə münasibət olacaqsa evdar xanım olaram. Yoxsa evdə oturum, uşağıma ayfon ala bilməyəcəyəmsə evdar qadın olmaram. İstəmərəm ki, övladım olsun və onun hansısa bir sıxıntısı olsun. Kimsə ona desin ki, sənin ayfonun yoxdur".
4 il əvvəl Dubaydan aldığı təklifdən söz açan Səmra həmin təklifin pərdəarxası məqamlarından bəhs edib:
"2021-ci ildə Dubaydan təklif aldım. Onlar mənimlə danışmaq üçün Dubaydan Bakıya gəldilər. Məni tamahlaşdırmaq istədilər. Brilliant üzükləri göstərdilər. Məni çox bahalı və lüks yeni tikililərə apardılar ki, orada ev alsınlar. Mən isə dedim ki, Dənizkənarı Milli Parka yaxın arxitektur binaların birində ev istəyirəm. Anama zəng vurdum dedim ki, mən ev alıram, bəxtim açıldı, uçub gedirəm Dubaya. Anam isə mənə bu təklifləri edən kişi ilə tanış etməmi istədi. Anamla həmin şəxsi görüşdürdüm. O dedi ki, məndə qızımla birgə gedirəm Dubaya. Onu tək buraxmayacağam. Onlar manipulyasiyaya keçdilər. Dedilər ki, siz "ana uşağısınız", Dubayda belə şeylərə pis baxırlar və qəbul olunmur. Kişinin 50 yaşı var idi. Anama brilliant brendlərin reklamlarına çəkilən modelləri göstərdi. Dedi ki, sizin qızınız Səmrada ən bahalı evdə yaşamalı, avtomobil sürməli, mühafizəçiləri olmalıdır. Anam dedi ki, problem deyil olsun amma məndə sizinlə Dubaya gedirəm. Onlar mənə dedilər ki, qərar verin ya Səmra tək gəlir, ya da təklifi geri çəkirik. Sual verdim ki, o partilərdə narkotik vasitələrdən istifadə olunur. Cavab verdi ki, istifadə edənlər var, amma istəsəniz istifadə etmərsiniz. Burada artıq "təkərə" düşdüm. Narkotik istifadə edən hər zaman istəyir ki, yanındakı da istifadə etsin. Qorxdum, düşündüm ki, edərəm və ölərəm. Baxmayaraq ki, təkid etdim, özümü vurub, çırpdım yerə amma anam tək getməyə icazə vermədi. Belə bir təklif mənə Amerikadanda gəlmişdi. Amma yenə anam mənə icazə vermədi. Anam sanki məni xiyar turşusuna qoyub. O partilərdə modellərə müxtəlif təkliflər olunur. O təkliflərə razılıq vermək isə səndən aslıdır. Əgər bir insan narkotikdən istifadə edirsə.ş onun ağlı yerində ola bilər? Düşündüm ki, yox deyərəm mənə nələr edərlər... Səhralıqda çox qızların başına oyun açıblar. İnsan çarəsiz vəziyyətdə qalandar bu təklifləri eşidəndə elə bilir ki, həyatına möcüzə gəldi və Allah yolunu açdı. Amma baxıb, görürsən ki, bu yol o deyilmiş. Oturursan evdə o soğana təpik vurub yeyirsən".