Uşağı ana bətnində qoruyan dualar

Uşağı ana bətnində qoruyan dualar

Hamiləlik dövrü hər bir ana üçün həm sevinc dolu, həm də qayğı ilə dolu bir mərhələdir. Bu dövrdə ana, həm öz sağlamlığını, həm də bətndəki körpəsinin təhlükəsizliyini qorumaq üçün hər şeyi etmək istəyir. Fiziki qayğı ilə yanaşı, mənəvi dəstək də böyük əhəmiyyət daşıyır. Dua, bu qayğının ən təsirli və mənəvi yollarından biridir. Allah Təala, Ona sığınan və övladını qorumağı diləyən anaların dualarını eşidər və mərhəməti ilə onları qoruyar. Övladın ana bətnində sağlam böyüməsi və hər cür təhlükədən qorunması üçün oxunan təsirli duaları sizinlə bölüşürük.

Birinci ay: Cümə axşamı və cümə günləri "Yasin" və "Saffat" surəsini oxumaq. Cümə günü səhər yeməyindən əvvəl acqarına nar yemək. Günəş çıxmazdan əvvəl hər gün iki ədəd xurmaya "Qədr" surəsini oxuyub, onu yemək.

İkinci ay: Cümə axşamı və cümə günlərində "Mulk" surəsini oxumaq. Cümə axşamı günlərində 140 dəfə və cümə günündə 100 dəfə salavatı "əccil-fərəcəhum"la birlikdə demək. Hər gün iki innaba "Tövhid" surəsini oxuyub, acqarına yemək.

Üçüncü ay: Cümə axşamı və cümə günlərində "Ali-İmran" surəsini oxumaq. Hər gün namazlardan sonra 140 dəfə salavat demək. Hər gün bir ədəd almaya "Ayətül-kürsü" oxuyub, acqarına yemək.

Dördüncü ay: Cümə axşamı və cümə günlərində "Dəhr" surəsini oxumaq. Namazlarda "Qədr surəsini oxumaq. Hər gün iki əncirə "Tin" surəsini oxumaq və acqarına yemək.

Beşinci ay: Cümə axşamı və cümə günlərində "Fəth" surəsini oxumaq. Namazlarda "Nəsr" surəsini demək. Hər gün bir ədəd yumurtaya "Həmd" surəsini oxuyub, yemək.

Altıncı ay: Cümə axşamı və cümə günlərində "Vaqiə" surəsini oxumaq. Axşam namazlarının birində "Tin" surəsini oxumaq. Hər gün bir nara "Fəth" surəsini oxuyub, acqarına yemək.

Yeddinci ay: Cümə axşamı və cümə günlərində "Yasin" və "Mulk" surəsini oxumaq. Hər gün 140 salavat demək. Hər gün bir heyvaya "Yasin" surəsini oxuyub, onu acqarına yemək.

Səkkizinci ay: Şənbə günü sübh namazından sonra "Qədr" surəsini on dəfə, bazar günü sübh namazından sonra "Tin" surəsini iki dəfə, bazar ertəsi günü "Yasin" surəsini, çərşənbə axşamı günü "Furqan", çərşənbə günü "Dəhr", cümə axşamı günü "Muhəmməd (s)" və cümə günü "Saffat" surəsini oxumaq.

Doqquzuncu ayda: İmam Zaman ağanın (ə.f) salamatlığına görə qurban kəsmək və ondan yemək. Cümə axşamı gülərində "Həcc" və cümə günlərində "Fatir" surəsini oxumaq. Hər gün bir miqdar süd və xurmaya "Dəhr" surəsini oxumaq və onu acqarına yemək.

Fatimə
Qlobal.net


25.12.2024 00:59
show 25