Ürək bulanmasına nə xeyir edir?

Ürək bulanmasına nə xeyir edir?

Ürək bulanması, tez-tez qusma ilə nəticələndiyi üçün ciddi problemlərə səbəb ola biləcək bir narahatlıq olduğu bilinir. 

 

Qlobal.net bildirir ki, ümumilikdə müxtəlif pozuntuların əlaməti sayılan ürək bulanmasına nəyin xeyirli olması onun səbəbindən asılıdır.

 

Ürək bulanması üçün mədəni sakitləşdirdiyi bilinən çobanyastığı çayı məsləhət görülür. Məlumdur ki, çobanyastığı çayı mədə bulanması ilə yanaşı qastrit kimi xəstəliklərə də faydalıdır. Bu səbəbdən qastrit və ürəkbulanmaya nə kömək edir sualının cavabının çobanyastığı çayı olduğunu deyilir.

 

Çobanyastığı çayl ilk növbədə stress, hamiləlik, qida zəhərlənməsi və ya qulaq, burun-boğaz xəstəlikləri, həmçinin mədə və bağırsaq infeksiyaları nəticəsində yarana biləcək ürək bulanması üçün tövsiyə olunur.

 

Demək olar ki, hər evdə tanınan və tez-tez ürəkbulanmanı dayandırmaq üçün hazırlanan ənənəvi üsul olan "nanə limon" həqiqətən də diqqətəlayiq dərəcədə işləyir. Qusmadan sonra ürək bulanmasına nə xeyirdir sualının cavabını nanə və limon olaraq vermək olar. Təravətləndirici qoxusu ilə də gözəl mədə eliksiri olan nanə limon ilıq bir içki olduğu üçün həzm sisteminə də sakitləşdirici təsir göstərir.

 

Ürəkbulanma və ishalın birlikdə yaşanmasının ən ümumi səbəbləri qida zəhərlənməsi və ya mədə və bağırsaq infeksiyasıdır. Bu zaman Həzm sisteminiz tam qaydasına düşənə qədər yağlı qidalardan, xüsusilə də qızardılmış qidalardan uzaq durmaq, sağalmanızı sürətləndirəcək.

 

 

Səbinə

Qlobal.net

04.03.2025 10:48
show 36