64426445a966a202304232405

Ülviyyəni həyat yoldaşı ilə bağlı sual ÖZÜNDƏN ÇIXARDI: Ayrılan kimi ...

Aktrisa Ülviyyə Xəlilbəylini instaqram izləyiciləri qəzəbləndirib.

Qlobal.net olay-a istinadən xəbər verir ki, sənətçi hekayə bölməsində sualları cavablandırıb.

Onun bir küsüb, bir barışdığı həyat yoldaşı Murad İsmayılı soruşanlara yazdıqları diqqət çəkib.

Belə ki, aktrisa "Muraddan ayrıldınız" sualına "Profilini verəcəm. Ayrılan kimi sizə xəbər edər" cavabını verib.

Digər izləyicisinin "Niyə bu qədər aqressiv olursan ki? Ayrılmısansa, ya hə, ya yox. Bunun nəyinə qaçaq cavab verirsən ?" sözlərinə "Allah ağıl versin", - deyə, münasibət bildirib.

Qeyd edək ki, cütlüyün iki övladı var.

21.04.2023 14:22
show 413