“Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanına səsləndirdiyi dırnaqarası ittihamlarını oxudum və çox təəccübləndim. Sanki bu Ülviyyənin öz sözləri deyil. Çünki Ülviyyəyə teatrda həmişə hörmətlə yanaşılıb. Həm aktrisa kimi, həm də mənim tələbəm olduğuna görə.
Düzdür, o heç vaxt Afaq xanımın etdiklərini dilinə gətirməyib. Bilirsiniz ki, mənim belə şeylərdən acığım gəlir. Onun teatra gəlməsində də, işə götürülməsində də mən böyük rol oynamışam. O rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrından Musiqili Teatra keçdi. Ülviyyə çox istedadlı qızdır. Başının üstündə rejissor olmalıdır. “Mən dəyərəm min cavana” tamaşasında səhhətimlə əlaqədar olaraq rolumun Ülviyyənin ifa etməsi məsələsini qaldıran kimi, Əliqismət Lalayev dedi ki, “Afaq, sən əgər inanırsansa Ülviyyə bu rolu doğruldacaq, amma mən də inanıram doğruldacaq, gəl rolunu verək ona, tamaşa dayanmasın”. Şəxsən mən Ülviyyəyə ögey münasibəti teatrda heç vaxt hiss etməmişəm”.
Bunu Moderator.az-a özəl açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktrisası, xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar Ülviyyə Əliyevaya teatrda hər zaman şərait yaradıldığını bildirib.
“Ögey münasibət necə ola bilər ki, teatr rəhbəri bilir ki, Ülviyyə
tam ştatla Dövlət Kukla Teatrında işləyir. Ülviyyənin çox tədbirləri,
çəkilişləri olur, rahat gedib-gəlir də. Mən şəxsən bir dəfə özüm
soruşmuşam, Əliqismət deyib ki, “vallah çəkilişi var idi, amma başqa bir
söz dedi, dedim ki, eybi yoxdur, qoy çəkilsin, tamaşaçı teatr
aktyorlarını tanısın”. Ülviyyə elə qız deyil. Ülviyyə adam üçün canını
verər. Deyəsən ki, “Ülviyyə gəl mənim üçün bunu et, o heç vaxt sual
verməz ki, niyə?!”. Hamıya əliçatan, kömək edən qızdır. Ürəyi çox
təmizdir. Onun başına gələn bəlaların hamısı elə onun ürəyinin
təmizliyindəndir. “Toppuş bacı”nın yasında Ülviyyə həyat yoldaşı ilə 40
gün ayaq üstə oldu. Ülviyyənin ayaqlarının üstündəki şiş artıq dizinə
dəyirdi. Halal xoşu olsun, Toppuş bacının. Ona görə də bu dediklərinə
məhtəl qalmışam. Bundan əvvəl də onun bir çıxışı olmuşdu, mən bunu başqa
bir yerə yönəltdim ki, ola bilsin ki, umur da, mükafat filan. Amma indi
baxıb görürəm ki, Ülviyyə olmayan yerdən şübhə doğurur. O elə bilir ki,
onu sevmirlər, qiymətləndirmirlər. Bu bütün aktyorların həyatında olur.
Bir az yaraşmaz bunu mənə demək. Mən teatrda olanda 2 kəlmə söz
danışırdımsa, 3-cü kəlməm Ülviyyə olurdu. Deyirdim ki, “Ülviyyə
hardadır?”, “Ülviyyə oynayır bu tamaşada?”. “7 məhbusə anası”
tamaşasında mənimlə tərəf müqabili oldu. Gəldi öz tapıntılarını köçürtdü
səhnəyə. Çox da gözəl tapıntılar idi. Amma rejissor irad tutdu ki,
“Afaq xanım, bu mənim quruluşum olmadı axı”. Dedim ki, yaxşıdırsa dəymə.
Vallah, elə bir vəziyyətdir ki, heç bilmirəm nə deyim! O ki, qaldı
Əliqismət Lalayevə.. O mənim 1990-cı ildən çox möhkəm dostumdur. Amma bu
o demək deyil ki, mən durub Əliqismət Lalayevi yalandan müdafiə edim,
tərifləyim. Xeyr, belə bir şey yoxdur. Teatrın rəhbərliyindən bütün
yaradıcı heyət razı qala bilməz. Bu birmənalıdır. Əliqismət Lalayev
dəridən, qabıqdan çıxır. Siz bilirsiniz ki, bizim teatrımız başqa
teatrlardan fərqlənir. Ancaq elə adına görə. Günün bu gününə qədər 4
ildir artıq “Musiqili Teatrdır”, amma hamı deyir ki, “Musiqili Komediya
Teatrı”. Baxmayaraq ki, komediya sözü 4 ildir teatrın adı üstündən
götürülüb. Biz şəhidlərimiz, vətən müharibəsi iştirakçıları haqqında
tamaşalar hazırlamışıq. “Paris Notr-Dama ithaf” tamaşası
səhnələşdirmişik. Bu gün də “Leyli və Məcnun” səhnələşdirilir. “Paris
Notr-Dama ithaf” tamaşasını biz musiqili şəkildə səhnələşdirdik. Onun
musiqisini tapdıq, uşaqlar əziyyət çəkdilər. Ən azından Azərbaycanın
görkəmli siyasi xadimləri də, savadlı şəxsləri də, hətta nazirlər də,
millət vəkilləri də gəlib o tamaşaya baxıblar və uşaqları alqışlayıblar.
O tamaşada fərqlənən aktyorlar o qədər sevinirdilər ki. Sən bu
sevinclərə də bu qədər bayağı fikirlərinlə yanaşdın?! Bu tamaşaların
teatrda hazırlanması bir növ eksprimentdir. İndi neyləyək? Əlimizi
əlimizin üstünə qoyub oturaq? Əliqismət Lalayev nə etsin? Əlini qoyub
əlinin üstündə otursun?! Əliqismət Lalayev uşaq deyil axı. Gör neçə
illərdir incəsənət sahəsindədir. İncəsənəti bitirib, rejissor işləyib,
Naxçıvan Dövlət Teatrında gözəl tamaşalara quruluş verib. İndi də elə
bir çox tamaşaların qüsurunu düzəldir. Ülviyyə, ermənilər öz
cındırlarını sənət əsəri adlandırırlar, amma dahi Cəlil
Məmmədquluzadənin “Anamın kitabı” əsərini inglis dilində oynamaq, onu
təqdim etməyi isə sən inglis dilini bilənlərin bizə güldükləri fikirləri
ilə cılızlaşdırırsan. Çox cılız bir fikirdir, Ülviyyə, çox cılız! 11
aya inglis dilini gətirib ortaya çıxaran aktyora eşq olsun. Eşq olsun!
Dili sınsa da, düzəltsə də, o zülmlə dili öyrənə-öyrənə, oynayıb.
Mizanlar da, aktyor oyunu da öz yerində. Bütün bunların müqabilində sən
öz dostlarının əziyyətini yerə vurursan ki, inglis dili bilənlər
gülürdülər? Sən get o gülən adamdan soruş gör təmiz Azərbaycan dilində
bilirlər?! Heç səndən gözləməzdim, qızım. Bax, sənə heç zəng də etmədim.
Çünki, bu sən deyilsən Ulya! Qızım, saatlarla mənim qrim otağımda
oturub, ana-bala kimi dərdləşən, bütün dərdini mənimlə bölüşən, mənim
silləmi öz doğma anası kimi qəbul edən Ülviyyə deyilsən sən, Ülviyyə! Nə
olub sənə? Mükafatın da olacaq, hər şeyin də! Mən İctimai tv-də
yayımlanan “3 D” verilişində də, Teatr forumunda da dedim ki, Mədəniyyət
Nazirliyinin bütün imkanlarını özünə qaytarın. Fəxri adlardan tutmuş
mükafatlara qədər, Ülviyyə! Mən bunu demişəm, qızım. Sən elə bilirsən
ki, Əliqismət Lalayev oturub, möhür vurur?! Əliqismət Lalayev Mədəniyyət
Naziriliyində işləyəndə yetim-yesirlərə həmişə kömək edirdi. Amma adı
başqa cür çıxdı. Deyirdilər ki, “Əliqismət Lalayev istəsəydi edərdi”.
Əliqismət Lalayev istəsə ona xalq artisti və prezident təqaüdü
verərdilər. Bu dövr çoxdan yetişib. Edə bilirdisə elə bunu özü üçün
edərdi də. Sən kollektivin də ürəyini sındırdın. İnanma ki, bəzi o “min
sifətlilər var ki, sənə deyirlər ki, “Ülviyyə, kişi qızısan, nə
demisən!”. Onlar yalan deyirlər, qızım. Sən ünvanı səhv tapmısan. Səhv
gedirsən. Kaş mənimlə bölüşərdin. Axı sən mənimlə hər şeyi bölüşürsən.
Mən dünyasında sənə deməzdim ki, Ülviyyə, bunu etmə. Amma ən azından mən
sənə məsləhət verərdim. Ülviyyə, sən özün bilirsən ki, bu dəqiqə
hardasa yarım ştat belə işləməyə icazə vermirlər. Dövlət Kukla Teatrında
qoyduğun zəhmətin müqbailində aldığın maaş 2 aktyorun mükafatının
dəyərindədir. Buna Əliqismət Lalayev göz yumur, bu azdır qızım?! Hə,
mənim balam, azdır?! Olmadı kı! Sən düşməni bizə güldürürsən. Bax bəzi
teatrların halına. Bax da, görün nə gündədir. İç-içə gedən didişmələr,
gicişmələr, direktor gəldi, bədii rəhbər getdi, filankəs getdi. Ay
qızım, Ulya, çox məni mütəəssir etdin. Mənim səhhətimə görə hər zaman
sən həyəcan keçirmisən. Hər zaman. Amma bu dəfə sən mənim səhhətimə ağır
zərbə vurdun. Nə Əliqismət Lalayevin mənim müdafiəmə ehtiyacı yoxdur,
nə də mən Əliqismət Lalayevin vəkili deyiləm. Amma dostuyam. Mənim
dostum düzgün hərəkət etməyəndə siz hamınız da görüb və bilmisiniz ki,
bizim Əliqismət Lalayevlə həmişə söhbətlərimiz olub və o da həmişə bunu
müsbət qarşılayıb, dəyişiklik edibdir. Olur insanda. İnsan mismar
dərdindən tutmuş, aktyorun sosial müdafiəsinə qədər fikir edir.
Pandemiyada aktyorların o vəziyyətində oturardı öz evində və deyərdi ki,
nəyimə lazımdır? Doğma bala anası üçün yeməyi qapının ağzına qoyurdu
ki, “sən götür, karonasan, mənə keçər”. Amma Əliqismət birbaşa evlərə
gedirdi, maddi yardımını edirdi. Allah şahididir Vidadi. Deyirdim ki,
“Əliqismət, sən bu yaşında karona tutacaqsan”. Amma o deyirdi ki, “Afaq,
mümkün olan şey deyil, Novruz Qartalın vəziyyəti yaxşı deyil”. Teatrda
qızımızın evi yandı, Əliqismət yorğan-döşək daşıyırdı. Adamın axı Allahı
var. Allah göydən baxır. Sənin bir dənə atılan dırnağını mən heç kəsə
dəyişmərəm, Ulya. Bilirsən ki, sən, Rəna, Mehriban mənim ən sevimli
tələbəmsiniz. Amma bütün bunlara baxmayaraq adamın vicdanı olar, göydə
də Allahı tanıyar, Allahı sayar. Etmə elə şeyləri. Heç vaxt, heç kəsə
vasitə olma, mənim balam. Çox xahiş edirəm səndən” deyə sənətkar
bildirib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akademik Musiqili Teatrın
aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevin ünvanına
ittihamlar səsləndirmişdi.