photo_38770037
Ukrayna Rusiyanın itkilərini AÇIQLADI: 32300 hərbçi, 1432 tank, 213 hərbi təyyarə...

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Qlobal.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 32 300 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 432 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 718 ədəd artilleriya sistemi, 226 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 460 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 585 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib.

13.06.2022 13:50
171