photo_47789316
Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu başlayıb - VİDEO

Bu gün saat 10.30-da (Bakı vaxtı ilə 12:30-da) Rusiya ilə videobağlantı vasitəsilə danışıqlar başlayıb.

Bu barədə Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak özünün “Twitter” hesabında məlumat verib.

Danışıqlarda atəşkəs, Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması və təhlükəsizlik təminatı məsələləri qaldırılacaq.

“Ağır müzakirələrdir. Rusiya aqressiv hərəkətlərinin mənasızlığını dərk etsə də, yenə də özünü aldadır ki, Ukraynanın mülki şəhərlərinə qarşı 19 günlük zorakılıq düzgün strategiyadır”, - deyə Podolyak yazıb.

14.03.2022 14:00
318