Rusiya ordusu Xarkova raket zərbələri endirib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, mərmilər mülki obyektlərə düşüb. Şəhər rəhbərliyi sakinləri sığınacaqlardan çıxmamağa çağırıb. Xarkov bombalanarakən Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə raket zərbəsi endirib. Məlumata görə, mərmi sərhədə yaxın ərazidə yerləşən silah anbarına tuş gəlib. Ölü və yaralıların olduğu deyilir.