qarabağ
UEFA "Qarabağ"la bağlı paylaşım etdi

UEFA Avropa Liqasının rəsmi tviter səhifəsi növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Qlobal.net xəbər verir ki, Avropa futbol qurumu "köhlən atlar"ın Azərbaycan Premyer Liqasındakı 9 oyunun hamısında qələbə qazandığını xatırladıb.

Qeyd edək ki, Ağdam təmsilçisi son olaraq X turda "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü noyabrın 9-na təxirə salınıb.

17.10.2022 14:44
431