photo_37951425
UEFA-dan "Qarabağ"ın sükut tələbinə cavab gəldi

UEFA  Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.

O bildirib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib: “Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.(apasport.az)

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

14.09.2022 18:58
302