qarabağ
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibi BƏLLİ OLDU

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bəlli olub. 

Qlobal.net xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, Ağdam təmsilçisi ilk görüşünə iyulun 23-24-də, cavab matçına isə 30-31-də çıxacaq. 

Təmsilçimizin ilk qarşılaşmasını səfərdə keçirəcək.

19.06.2024 14:40
show 392