675e6c87ea69f202412244335

Üçüncü Dünya Müharibəsinin xəritəsi AÇIQLANDI: Azərbaycan nə qədər yaxındır...

Newsweek nəşri Avropada baş verə biləcək Üçüncü Dünya Müharibəsi üçün mümkün olan cəbhə xətlərinin xəritəsini dərc edib.

Qlobal.net xəbər verir ki, nəşr, Rusiyanın ekspansionist məqsədləri ilə əlaqəli qlobal münaqişə halında Avropada ən yüksək ehtimal olunan müharibə başlama nöqtələrinin Baltikyanı ölkələr, Finlandiya və Kaliningradı Belarus ilə birləşdirən Suvalki dəhlizi olduğunu qeyd edib. Newsweek-ə görə, Rusiyanın aqressiyasından təhlükə altında olan digər ölkələr Gürcüstan və Moldovadır.

Xəritə göstərir ki, münaqişə Türkiyəyə də təsir edə bilər, çünki Türkiyə NATO-nun üzvüdür və Cənubi Qafqazla, o cümlədən Gürcüstanın ərazisi ilə həmsərhəddir. (musavat.com)

15.12.2024 09:41
show 95