6501e7d217512202309234818
Üç hərbçimiz həlak oldu

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Bu barədə Qlobal.net-ə Müdafiə Nazirliyindən bildirilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

13.09.2023 20:47
show 683