Şou-biznes
Üç gündür bir-birinə baş, baş deyirlər, amma söhbətin başı bilinmir – Kəramətdən Aqşinlə Manaf davasına REAKSİYA

Yazıçı Kəramət Böyükçöl Manaf Ağayevlə Aqşin Fateh arasındakı qalmaqala münasibət bildirib.
Qlobal.net xəbər verir ki, yazıçı paylaşımında yazıb:
“Manaf Ağayevlə Aqşin Fateh dalaşır. İkisi də istedadsızdır deyə dalaşa da bilmirlər. Manaf Aqşinə deyir, sənin başın üçün deyil. Aqşin də Manafa deyir, sənin başın üçün deyil. Heç birində sənətkar ruhu yoxdur deyə ağızlarından maraqlı bir cümlə də çıxmır. Yıldız Tilbəylə İbrahim Tatlısəs də dalaşmışdı da. Yıldız Tilbə demişdi ki, güllə İbrahimin başında iki kruq vurdu, gördü beyni yoxdu, çıxıb getdi. Aqşin Fatehlə də Manaf üç gündü bir-birinə baş, baş deyirlər. Bilmirsən də söhbət nəyin başından gedir.