Cəmiyyət

Türklə evlənən Sədəfin 68 yaşlı sevgilisinin sonu – Bakıda “baqaj”da iylənən meyit…

1995-ci il, isti bir iyun günü. Daha da dəqiqləşdirək, iyunun 6-sı…

Bakıda 12 saylı uşaq poliklnikasının qarşısında bir volqa dayanıb. R 20-30 Az qeydiyyat nişanlı. Gözlə baxanda anormal heçnə yoxdur. Lakin məsəəyə buru qarışanda iş dəyişr.

Volqanın baqajından dəhşətli qoxu gəlir. İnsanlar yığılıb qoxunun nə olduğunu bilmək istəyirlər. Bir nəfər yaxınlıqdakı polis bölməsinə hadisə haqqında məlumat verir. Polislər dərhal hadisə yerinə gəlirlər. Avtomobilin qapıları bağlı idi. İçəridə şübhəli heç nə gözə dəymirdi. Elə bu zaman yalnız arxa yük yerinin qapısını sındırmaq qalırdı. Avtomobilin yük yerinin qapısı sındırıldı. Və açılan mənzərə ətrafda olanları dəhşətə gətirdi.

Yük yerində başı əzilmiş, bədəni hissələrə ayrılmış bir kişi meyiti var idi. İlk baxışdan da hiss olunurdu ki, qətlə yetirilən şəxs təzəliklə öldürülüb. Bəlkə də elə ötən gecə…

Məsələ ilə bağlı Nəsimi və rayon prokurorluğuna operativ məlumat verilir və istintaq meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə başlayır. Hadisə yerinin protokolu və məhkəmə-tibbi ekspertizasının rəyi qətlin düşünülmüş və planlı şəkildə icra olunduğunu göstərirdi. Cinayətin bir neçə şəxs tərəfindən törədildiyinə isə şübhə ola bilməzdi. Çünki meyit hissələrə bölünmüş, polietilen paketlərə yerləşdirilmişdi. Naməlum şəxslər meyitin ağzındakı protezi çıxarmış, ciblərini boşaltmış, üstündəki bütün sənədləri götürmüşdülər. Lakin bütün bunlarla paralel Müstəntiqin ağlına gələn ilk fikir bu olur ki, qətl soyğunçuluq məqsədilə törədilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button