Forbes Türkiyə 2024-cü il üçün ölkənin ən zəngin iş adamlarının siyahısını açıqlayıb.
Qlobal.net xəbər verir ki, siyahının zirvəsində Murat Ülker yer alır. Ötən ilin lideri İbrahim Erdemoğlu isə ciddi sərvət itkisi səbəbindən bu il 10-cu sıraya düşüb. İkinci yeri İpek Kıraç tutaraq həm də Türkiyənin ən zəngin qadını ünvanını qazanıb. Üçüncü sırada isə 3,1 milyard dollarlıq sərvətlə Semahat Sevim Arsel qərarlaşıb.
Semahat Sevim Arsel 3,1 milyard dollarla Türkiyənin ən zəngin iş qadınlarından biri kimi diqqət çəkir, onu Mustafa Rəhmi Koç 2,8 milyard dollar sərvətlə beşinci yerdə izləyir.
Forbes jurnalının açıqladığı 2024-cü ildə Türkiyənin ən zəngin 10 iş adamının siyahısı aşağıdakı kimidir:
Murat Ülker (5.1 milyard dollar)
İpek Kıraç (3.2 milyard dollar)
Semahat Sevim Arsel (3.1 milyard dollar)
Şaban Cemil Kazancı (3.1 milyard dollar)
Mustafa Rahmi Koç (2.8 milyard dollar)
Erman Ilıcak (2.6 milyard dollar)
Hamdi Ulukaya (2.5 milyard dollar)
Mehmet Sinan Tara (2.4 milyard dollar)
Ferit Faik Şahenk (2.2 milyard dollar)
İbrahim Erdemoğlu (2.2 milyard dollar)