photo_20897095
Türkiyədə Ukrayna taxılını oğurlayıb daşıyan Rusiya gəmisi SAXLANILDI

Türkiyənin gömrük əməkdaşları Kiyevin müraciəti əsasında Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxlayıblar.

Qlobal.net xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar deyib.

“Biz Türkiyə ilə əməkdaşlıq edirik. Hazırda gəmi portun girəcəyində, Türkiyənin gömrük əməkdaşları tərəfindən saxlanılıb”-deyə, diplomat bildirib.

03.07.2022 21:17
show 217