photo_43090334
Türkiyədə erməni jurnalisti qətlə yetirən şəxs Qırğızıstanda ələ keçdi

Jurnalist və ictimai xadim Hrant Dinkin qətli işi üzrə məhkum edilən Əhməd İskəndər Türkiyəyə gətirilib və həbs olunub.

Erməni media nümayəndəsinə qarşı sui-qəsddə istifadə edilən silahın və cib telefonunun sahibi Qırğızıstanda yaxalanıb.

Xatırladaq ki, Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub.

O, 2007-ci ilin 19 yanvar tarixində İstanbulda işlədiyi redaksiya binası qarşısında öldürülüb.

Mənbə: TRT

27.03.2022 23:00
show 267