672629f61ebb9202411243238

Türkiyədə daha bir “Narin” olayı – 6 yaşlı uşağı öldürüb, qəbiristanlığa atdı

Türkiyədə daha bir dəhşətli qətl hadisəsi baş verib.

Qlobal.net xəbər verir ki, İstanbulun Şişli şəhərində  6 yaşlı Şirin Elmas Hanilçe itkin düşüb. 31 oktyabrdan bəri 6 yaşlı Şirindən xəbər yox idi. Ailəsi Müge Anlının verilişinə çıxaraq ondan kömək istəyiblər. Sonuncu dəfə onun bazara getdiyi bildirilib. Müge Anlının canlı verilişinə qoşulan izləyicilər Şirini bəzi yerlərdə dilənərkən gördüklərini bildiriblər.

Faktlar araşdırılıqdan sonra kamera görüntüləri üzə çıxıb. 

Məlum olub ki, Şirin qəbiristanlığın yaxınlığında kağız kolleksiyaçısı ilə görüntülənib. Şübhəli şəxs ifadəsində əli olmadığını bildirsə də, görüntülər ortaya çıxandan sonra qətli etiraf edib. O bildirib ki, Şirini boğaraq öldürdükdən sonra onu Feriköy qəbiristanlığında çuxura atıb. Şirinin cansız cəsədi qəbiristanlıqda tapılıb, araşdırmalar davam edir. (infoaz.ws)




02.11.2024 17:28
show 424