643d1054e9384202304232436
Türkiyədə azərbaycanlı gənc qızın hərəkəti gündəm oldu - VİDEO

Türkiyədə azərbaycanlı gənc qızın köməyə möhtac birinə yardım etməsi sosial mediada gündəm olub.

Qlobal.net xəbər verir ki, görüntülər Türkiyə səhifələrində geniş yayılıb.
Belə ki, gənc bir oğlan ətrafdakı insanları sınamaq üçün gizli çəkilişlə kimin ona yardım edəcəyi ilə maraqlanıb.
Parkda əyləşən xanımdan zəng etmək üçün telefonunu istəyib və guya anasına yığaraq pulsuz qaldığını, köməyə ehtiyacı olduğunu bildirib. Bu isə azərbaycanlı xanımın diqqətini çəkib və onunla maraqlanıb, yardım edəcəyini deyib.
Sonda əslində gizli çəkiliş olduğunu bilən gəncə İphone 14 Pro Max və pul hədiyyə edilib. (Bakupost.az)



17.04.2023 13:30
show 2863