yeni il

Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ

Yeni il tətilini xaricdə qeyd etmək istəyən yerli turistlər əsasən Türkiyə, Rusiya, Gürcüstan, Dubaya səfər edirlər.

Qeyri-iş günləri ilə əlaqədar bu istiqamətlərdə hərəkət edən turistlər üçün 3 gecə, 4 gün təklif edilir. 2 nəfərlik qiymətlər isə hər istiqamət üçün fərqlidir.

Ekspert Rəhman Quliyev bildirib ki, Türkiyə istiqamətinə qiymətlər daha sərfəlidir. 3 gecə, 4 gün, səhər yeməyi daxil, yeni il şənliyi ilə 1 nəfər üçün 1000-1100 manatdan başlayan qiymətlər mövcuddur.

"Moskva istiqamətinə 2 nəfər gediş-dönüş bilet, yeni il şənliyi, səhər yeməyi daxil 3 gecə, 4 gün 1500-1600 manat civarındadır. Dubay istiqamətində isə qiymətlər bir qədər bahadır. Dubaya gediş-dönüş bilet, 3 gecə, 4 gün, səhər yeməyi və yeni il şənliyi daxil 2000-2200 manatdan başlayan qiymətlər mövcuddur".

Bəs ölkəmizdə qiymətlər necədir? 

"Azərbaycanda bölgələr fəaliyyət göstərən otellərdə yeni il şənliyinə demək olar ki, hazırdılar. Şimal ərazilərdə, Qusar, Quba bölgəsində 2 nəfər üçün 3 gecə, 4 gün, səhər yeməyi daxil yeni il şənliyi ilə birlikdə 1500-1600 manat, Şəki, Qax, Balakən istiqamətində olan otellərdə isə qiymətlər bir qədər ucuzdur, yəni 1100-1200 manat təşkil edir. Lənkəran istiqamətində isə 1400-1500 manat təşkil edir".

Ekspert qeyd edib ki, tur paketlərin qiyməti bayram günü yaxınlaşdıqca bahalaşır. (milli.az)

02.12.2024 16:41
show 85