02.08.2021
10:51
597

Türkiyədə 119 nöqtədə yanğın nəzarət altına alınıb

Loading...

Türkiyənin 3 əyalətinin məntəqəsində yanğınlar davam edir.

Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere və Seyidkemer, Tuncelinin Hozat, Antalyanın Manavgat və Gündoğmuş rayonlarında yanğınların qarşısını almaq hələlik mümkün olmayıb.

Məlumata görə, 119 nöqtədə yanğın nəzarət altına alınıb.

Ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən maşın, 414 avtomobil, 55 ambulans və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.

Bir sıra rayonlardan sakinlər təxliyə edilib.

Yanğınlar nəticəsində vəfat edənlərin sayı 8-ə yüksəlib.

Loading...