“İlham adlı azərbaycanlı mənim həyatımı xilas etdi”.
Qlobal.net xəbər verir ki, bu sözləri Türkiyədə zəlzələ zamanı hotel otağına sıxışıb qalmış Selçuk Aytemir “Sabaha saxlamayaq” verilişində deyib.
O, hadisə zamanı hotelin 13-cü mərtəbəsində olduğunu bildirib: “Bir nəfər qapını döyməyə başladı. Hotel əməkdaşı olduğunu düşündüm. Türkcə də çox yaxşı danışırdı. Çox çalışdı, nəhayət qapı açıldı, otaqdan çıxa bildim. Həmin şəxs adının İlham, Azərbaycandan olduğunu dedi. 7-ci mərtəbədə qalırmış. Soyadını soruşmağı unutdum. Azərbaycanlı qardaşıma can borcum var”.
S. Aytemir onu xilas edən azərbaycanlını axtardığını deyib.