641ea905b8fc8202303235549
Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana... - VİDEO

Türkiyənin Düzce vilayətində də hava qaraldıqdan sonra Ay və Venera planeti yan-yana görüntülənib.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, iftardan sonra küçələrə çıxan vətəndaşlar Ayın düz altında səmada parıldayan işıq görüblər. İlk olaraq bunun ulduz olduğu düşünsələr də, nəticədə parıltının Venera planeti olduğu məlum olub.

Bu qeyri-adi və gözəl görüntü vətəndaşlar tərəfindən telefonlarla lentə alınıb.



25.03.2023 12:04
3039