02.10.2021
21:41
141

Türkiyə ordusuna ƏMR VERİLDİ: 2520 hərbçi...

Loading...

PKK terror təşkilatına qarşı aparılan "Eren" əməliyyatı çərçivəsində Bingöl, Muş və Diyarbakırın kənd ərazilərində yeni payız-qış əməliyyatının başlanması üçün əmr verilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər nazirinin müavini Mehmet Ersoy və Jandarma qüvvələrinin general-mayoru Arif Çətin məlumat verib.

Bildiriblər ki, PKK-nın kökünü kəsmək üçün 2520 hərbçidən ibarət 13 tabor yaradılıb.

Qeyd edilib ki, Muş vilayətinin Şenyayla və Bingöl vilayətinin Sağgöze rayonunun kənd ərazilərində başladılan əməliyyat Diyarbakır vilayətinin Liçe rayonu ərazisində yerləşən Jandarma şəhidi Teğmen Hubeyib Turan adına baza ərazisindən idarə olunur.

Loading...