6689d0113e841202407241529
Türkiyə matçında hakimdən skandal əl hərəkəti - FOTO

Türkiyə - Niderland matçında azarkeşləri qəzəbləndirən hadisə baş verib.

Matçdakı fasilə zamanı Montella Arda Gülərə taktika verərkən vəziyyətə dördüncü hakim də qarışıb. Montellanı bərk itələyən dördüncü hakimin hərəkəti sosial mediada etiraza səbəb olub.

UEFA hətta siyasi-ideoloji davranış sərgiləyən, ölkə rəhbərlərinin şəkillərini nümayiş etdirən və ümumi davranış prinsiplərinə zidd hərəkət edən futbolçuların hərəkətlərini pulla cərimələsə də, milli futbolçu Merih Dəmiralı 2 oyunluq cəzalandırmışdı. Bu ağır cəzadan sonra Montellaya qarşı hakimin bu addımı sosial mediada bardağı daşıran son damcı olub.

Həmin anın görüntülərini təqdim edirik. (metbuat.az)

07.07.2024 01:37
show 2368