photo_29218332

Türkiyə İstanbul-İrəvan aviareysləri üçün Ermənistana müraciət edib


Türkiyə İstanbul-İrəvan aviareysləri üçün Ermənistana müraciət edib

Türkiyə İstanbul-İrəvan aviareysləri üçün Ermənistana müraciət edib.


Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.


APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

04.01.2022 20:20
show 1100