23.09.2021
10:52
171

Türkiyə İran və Suriya sərhədinə qoşun yığır - FOTO

Loading...

İranın Azərbaycanın cənub sərhədində hərbi təlimlərə başlamasına cavab olaraq Türkiyə İranla sərhədə xüsusi təyinatlılar, motoatıcı və zirehli-tank birləşmələrini yollayıb.

Milli.Az bildirir ki, bundan başqa, İranla sərhədin yaxınlığında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, habelə "Bayraktar" və "Akınçı" zərbə PUA-ları barraj vurur.

Eyni zamanda, Türkiyə Suriyanın İdlib vilayətinə də əlavə qüvvələr yeridib.

Loading...