photo_17970056

Türkiyə Azərbaycanı müharibəyə təhrik edir - İranın Bakıdakı keçmiş səfirindən ŞOK AÇIQLAMA

Ankara İsrail adından Bakını Ermənistana qarşı müharibəyə təhrik edir.

Qlobal.net Bakupost.az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain İLNA agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ölümcül sərhəd toqquşmalarının yeni dalğasının yaranmasında ən böyük rolu Türkiyə oynayıb və münaqişədə Bakını dəstəkləyəcəyini açıq şəkildə bəyan edib.

O qeyd edib ki, Ankaranın mövqeyi Ermənistanın işlərinə kobud müdaxiləyə bərabərdir. Diplomat hesab edir ki, Ankaranın təxribat xarakterli hərəkətləri vəziyyətə birbaşa müdaxilə etmək imkanına malik olmayan Təl-Əvivin rəhbərliyi altında həyata keçirilib:

“Qafqazda və bütövlükdə regionda gərginlik nə qədər çox olarsa, rejimin (İsrailin) Azərbaycana silah satması bir o qədər asan olar” deyən səfir Türkiyəni ittiham edib: “Həm İsrail, həm də Türkiyə gizli şəkildə Ermənistanla münasibətləri normallaşdırmağa çalışırlar ki, bu da onların ikibaşlı siyasət yürütdüyünü göstərir".

16.09.2022 19:23
show 392