654d1820a7e60202311233424
Türkanla Pərvizin konsertində QALMAQAL - “Sanki terrorçu tutublar” - VİDEO

Ötən gün bölgələrdən birində konsert verən Türkan Vəlizadə və Pərviz Bülbüləyə görə izdiham yaşanıb. Hətta heyranları səhnəyə çıxmağa çalışıblar. 

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, ifaçıların pərəstişkarlarıdan biri bunu bacararaq səhnəyə çıxsa da, mühafizəçilər onu sərt şəkildə səhnədən düşürüblər.

Həmin görüntülər qısa zaman ərzində sürətlə sosial şəbəkələrdə yayılıb.

İzləyicilər "Elə bil terrorist tutublar", "Bu necə rəftardır?", "Yazıq şəkil çəkdirmək istəyir, qolundan elə yapışırlar ki, sanki terror törədəcək" kimi çoxsaylı şərhlər yazıblar. 

Sözügedən kadrları təqdim edirik:


09.11.2023 21:33
show 2167