Müğənni Türkan Vəlizadə əsəbdən ağzının əyildiyini bildirib.
Qlobal.net xəbər verir ki, o, canlı yayımda bir dəfə eyni hadisə ilə üzləşdiyini də etiraf edib.
Rəngarəng” verilişinin qonağı olan ifaçı əsəbdən bu hala düşdüyünü deyib: vakansiya
“Hazırda monitordan baxıram, ağzımın əyildiyini hiss edirəm. Çox vaxt uşaqlar məni qorxutmamaq üçün demirlər, amma hiss edirəm. Bir dəfə də əsəbdən üzümdəki sinirlər məhvə doğru gedirdi. Müalicə aldım, düzəldim, amma mənə elə gəlir ki, yenə elə oluram”.
T.Vəlizadə borclarına görə lüks avtomobilini satışa çıxardığını açıqlayıb:
“Hazırda avtomobilimi satışa çıxarmışam, yayılan xəbərlər doğrudur. Çünki müəyyən borclarım var və onları ödəməliyəm. Kiməsə möhtac olmaqdansa, öz əmlakımı satmaq daha yaxşıdır.
Maşının neçəyə satışa çıxarıldığını bilmirəm, o işləri atam bilir. Amma qiyməti 100 min manatdan aşağıdır”. (yenisabah.az)