66f53f7fb0bfd202409240327
Türk biznesmenin oğlu azərbaycanlı xanımla evlənir - FOTOLAR

Türkiyəli iş adamı Kemal Gülmanın keçmiş xanımı Feryal Gülmandan olan oğlu Aslan azərbaycanlı xanımla ailə qurur.

OLAY yazır ki, Aslan Kemal Gülman Məryəm Mehdiyeva ilə nişanlanıb. Cütlüyün nişanı Moskvada ailə evində baş tutub. 

Qeyd edək ki, yaşıdlarından fərqli olaraq, çox göz önündə olmağı sevməyən Aslan Kemal iki il əvvəl qəlbinin sahibini tapıb. Üstəlik, bu iki ilin ardından iş ciddiləşib və Aslan Kemal sevdiyi insanı valideynləri ilə tanış edib.

Aslan Kemal öz yaşıdı olan 28 yaşlı Məryəmlə iki il əvvəl St. Tropezdə tanış olub və ona aşiq olub.

26.09.2024 15:00
show 219