Müğənni Doğuş haqda qalmaqallı açıqlamalar verən "Show tv"nin aparıcısı Didem Arslan Yılmaz bütün söylədiklərini təkzib edib.
Qlobal.net azxeber.com-a istinadən xəbər verir ki, günlərdir efirdə
səslənən fikirlərin yalnış olduğunu isbatlayan aparıcı, şikayətçi
qismində gələn Esra adlı xanıma məlumatları verərək, onu inandırmağa
çalışıb. Bu zaman aparıcı bildirib:
"Efirdə səsləndirdiyiniz isimlərin heç birinin Doğuşla bir əlaqəsi
yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç birisi Doğuşla
çalışmır" deyib.
Daha sonra Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızıdan üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlayıb:
"Bir qadın olaraq dəyərli həmkarımın üzülməyinə səbəb olduğum üçün
sizdən üzr istəyirəm,hörmətli Xoşqədəm Hidayətqızı. Boşanacaqları haqda
çıxan xəbərlər də yalandır" - deyə aparıcı sonda qeyd edib.