24.09.2021
14:08
164

Turan İbrahimovdan etiraz: "İnsanları incitdiniz! Bəsdir! İctimai nəqliyyatı..." - FOTO

Loading...

Aparıcı Turan İbrahimov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, jurnalist həftəsonları fəaliyyəti məhdudlaşdırılan ictimail nəqliyyatla bağlı status yazıb.

Turan İbrahimov nəqliyyatın əvvəlki iş rejiminə qaytarılmasını tələb edib:

"Həftə sonları ictimai nəqliyyatın işləməməsi COVID-19 əleyhinə tədbir deyil. Həm də qətiyyən deyil! Koronavirusu bəhanə edərək, vətəndaşların maddi və mənəvi itkiləri hesabına qənaət etməkdir.

Qurtarın bu komediyanı və ictimai nəqliyyatı normal iş rejiminə qaytarın. İnsanları incitdiniz! Bəsdir!" 

Loading...