63f873887fdd6202302232128
Turan İbrahimov “Space” TV-dən getdi: “Xəbər olmayan efirdə olmaq istəmirəm”

Tanınmış aparıcı Turan İbrahimov “Space” TV ilə yollarını ayırıb. 

Qlobal.net bildirir ki, bu barədə aparıcı özü sosial şəbəkə hesabından məlumat verib. O, iki həftə əvvəl bu qərarı verdiyini deyib.

“Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”, deyə İbrahimov qeyd edib.

24.02.2023 12:24
show 389