30.06.2021
11:34
93

Turan Bayramov Avropa çempionu oldu

Loading...

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya pəhləvanıyla baş tutan görüş olduqca gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda rəqib qələbə qazandığı üçün millimizin üzvü iyunun 29-da bürünc medal qarşılaşmasına çıxıb və gürcü həmkarına da uduzaraq 5-ci yerlə kifayətlənib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Moldova idmançısına da heç bir şans tanımayan Bayramov yarış boyunca rəqiblərinə 1 xal verməyərək Avropa çempionu olub.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əmiraslanov iyunun 29-da təsəlliverici görüşə çıxıb və türkiyəli güləşçiyə minimal fərqlə uduzub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb

Loading...