67ae4aaf808e8202502254031

Tural Sadıqlının keçmiş həyat yoldaşı ilə ŞOK SƏS YAZISI yayıldı - Sən mənim pulumla...

“Youtube”da “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz qaldığını mətbuat vasitəsilə ictimailəşdirib.

 

Pravda.az-ın xəbərinə görə, hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədova keçmiş həyat yoldaşı ilə Almaniyada birgə yaşadığı dövrdə üzləşdiyi zorakılığa dair video və səs yazılarını xəbər kanallarına göndərərək Almaniya Federal Prokurorluğuna müraciət etməyə hazırlaşdığını bildirib.

 

“Tural Sadıqlı ayrıldıqdan sonra sosial şəbəkələr üzərindən psixoloji basqıları davam etdirərək mənim geri qayıtmağımı tələb edir. Bu da bizim 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır” deyərək Ş.Məmmədova şikayət etməyə israrlı olduğunu bəyan edib.

 

Təəssüf doğuran hal odur ki, insan hüquqlarını prioritet istiqamət seçdiyi bəyan edən Almaniya bir şəxsi şiddətə məruz qoyan, şəxsiyyətini alçaldan Tural Sadıqlı kimilərin əməllərinə göz yumur, hətta qoruyur, müdafiə edir.

 


13.02.2025 23:40
show 819